Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

16-07-2026

Bakı Qızlar Universitetinin məzunları MİQ imtahanında yüksək nəticələr əldə ediblər

Bakı Qızlar Universitetinin məzunları MİQ imtahanında yüksək nəticələr əldə ediblər

Bakı Qızlar Universitetinin Sosial-Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzun olan tələbələri Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə test imtahanında yüksək nəticələr əldə edərək universitetimizin növbəti uğuruna imza atdılar.

Məzunlarımızın əldə etdiyi nəticələr:

Seyidəliyeva Firuzə  – 91.25 bal

 Əliyeva Aydan – 85 bal

 Həsənova Zəhra – 76 bal

 Niftiyeva Rahidə – 76 bal

 Nəzərli Aysun – 73 bal

 Babayeva Elşanə – 71.5 bal

 Məmişova Vüsalə – 71 bal

Bu uğur məzunlarımızın əzmkarlığının, müəllimlərimizin peşəkarlığının və universitetimizdə verilən keyfiyyətli təhsilin nəticəsidir.

Əziz məzunlarımız! Sizi bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək pedaqoji fəaliyyətinizdə uğurlar, yeni-yeni  uğurlar və yüksək zirvələr arzu edirik. İnanırıq ki, sizlər Azərbaycanın təhsil sisteminə dəyərli töhfələr verəcək, bilik və bacarıqlarınızla gələcək nəsillərin yetişməsində mühüm rol oynayacaqsınız.

Uğurlarınız davamlı, yolunuz hər zaman  açıq olsun!

Digər xəbərlər

Bütün xəbərlər