16-02-2024
16 fevral 2024-cü il tarixdə Bakı Qızlar Universitetinin rektoru prof. Sevinc Rəhimova, tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva, Filologiya-tarix fakültəsinin dekanı baş müəllim Mirvari Akkoç və Sosial-pedaqoj fakültənin dekanı dos. İlahə Quliyeva, ixtisaslar üzrə pedaqoji təcrübə rəhbərləri və ümumilikdə 332 təcrübəçi tələbənin iştirakı ilə pedaqoji təcrübə ilə bağlı konfrans keçirilmişdir.
Sonra tədris işləri üzrə prorektor prof.Hava Abdullayeva və pedaqoji təcrübə rəhbəri baş müəllim Sədaqət Əliyeva çıxış edərək pedaqoji təcrübə ilə bağlı təcrübəçi tələbələri məlumatlandırdılar. Bildirildi ki, pedaqoji təcrübənin Bakı şəhəri Nəsimi rayonunun 212, 240 saylı tam orta ümumtəhsil məktəblərində və Elitar Gimnaziyada, Yasamal rayonunun 13,158,176 saylı tam orta ümumtəhsil məktəblərində, “Qərənfil”, 132,127 saylı uşaq bağçası və körpələr evlərində, “Narınc “ və “ABA” Psixologiya Mərkəzlərində keçirilməsi nəzərdə tutulmuşdur.
Filologiya-tarix fakültəsinin dekanı Mirvari Akkoç, Sosial-pedaqoji fakültənin dekanı İlahə Quliyeva və ixtisaslar üzrə pedaqoji təcrübə rəhbərləri çıxış edərək tələbələrə dərsdən yayınma kimi neqativ hallara yol verməməyi və nizam-intizam qaydalarına əməl etməyi tapşırdılar. Yekunda tələbələrə təhkim olunduqları məktəblər və onların ünvanları barəsində məlumat verildi.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024