26-01-2024
Xəbər verdiyimiz kimi, 27-30 yanvar 2024-cü il tarixində Bakı Qızlar Universiteti Türkiyənin İqtisadi İnkisaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “ULUSLARARASI TÜRK VƏ DÜNYA KADIN ARAŞTIRMALARI KONQRESİ” adlı konfrans keçirəcək.
Bu münasibətlə Türk Dünyası Qadın Araşdırmaları Jurnalının redaktoru və Konqresin Təşkilat Komitəsinin sədri Yıldız Saki və Türkiyə Başqırd cəmiyyətində ənənəvi qadın geyimləri üzrə müstəqil tədqiqatçı Dr. Taner Gür Bakı Qızlar Universitetində olmuş, universitetin təsisiçisi yazıçı, dramaturq professor Ağarəhim Rəhimov, universitetin rektoru professor Sevinc Rəhimova və digər rəsmi heyəti ilə görüşdülər.
Səmimi dostluq şəraitində keçən söhbət zamanı qonaqlar Azərbaycanda qızların təhsil almaları üçün yaradılan yüksək şərait və onlara göstərilən qayğıdan danışdılar. Sonra Dr Yıldız Saki Qazaxıstan Qızlar Universiteti və oradakı təhsil ocaqları barədə ətraflı məlumat verib. Professor Ağarəhim Rəhimov qadına verilən dəyəri, onun cəmiyyətdəki rolunu, təhsil hüququnun vacibliyini vurğulayaraq türk ölkələrinin universitetləri arasındakı dostluq münasibətlərinin uzunmüddətli və ənənəvi olmasını arzuladı.
Sonra qonaqlar 28 yanvar tarixində keçiriləcək konfrans öncəsi hazırlıqlarla bağlı məsələləri müzakirə etdilər.
Qonaqlar universitetdə keçirilən müəllim və tələbələrin qadının cəmiyyətdəki varlığını, Azərbaycanın tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərlərinin sərgisində iştirak etdilər. Tələbələrin tikmə və toxuma sənətinə dair əl işləri maraqla qarşılandı.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024