11-01-2024
Bu gün Bakı Qızlar Universitetində Türkiyə Cümhuriyyətinin Aydın Adnan Menderes Universitetinin professoru Dr Ayten Can Tunalı ilə görüş keçirilib. Görüş zamanı Bakı Qızlar Universitetinin rektoru professor Sevinc xanım Rəhimova qonaqları və iştirakçıları salamlayaraq Türkiyə ilə Azərbaycan dövlətlərinin birliyindən və dostluğundan söz açıb. Sonra Dr Aytən Can Tunalıya söz verilib. Qonaq çıxışında qədim türk qadınlarının cəsarətindən, qadın birliyindən, onların azadlığından və azadlığın qazanılması üçün təhsilin vacibliyini vurğulayıb.
Sonra Dr Aytən Can Tunalı Azərbaycanın ümumilli lideri H.Ə.Əliyevin Türkiyə Böyük Millət Məclisində (TBMM) etdiyi çıxışları haqqında kitab yazdığını, Almaniyada Qarabağ müharibəsi, ermənilərin törətdiyi qətliamlar və onların yalançı təbliğatı barədə məqalələri olduğunu iştirakçıların diqqətinə çatdırdı. Eyni zamanda keçən əsrin əvvələrində Aydın şəhərində baş verən yunan vandalizmindən danışaraq onların bu əməllərini Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə bənzədib. Daha sonra qonaq Aydın Adnan Menderes Universiteti və o universitetdə fəaliyyət göstərən fakültələr haqqında məlumat verib və gələcəkdə tələbə mübadiləsi üçün işlər görülə biləcəyini vurğulayıb.
Görüşün sonunda rektor professor Sevinc xanım Rəhimova Ulu Öndərin Azərbaycan gəncliyinə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğıdan bəhs edib, Türkiyə-Azərbaycan dostluğunun,qardaşlığının əbədi və daimi olduğunu əks etdirən ” Bir millət, iki dövlət” devizini bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu, yaxın gələcəkdə Aydın Adnan Menderes Universiteti ilə əməkdaşlıq edəcəyini vurğulayıb.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024