27-02-2024
26 fevral 2024-cü il tarixində Bakı Qızlar Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada BQU-nun müəllim heyəti və tələbələri iştirak etmişdir.
Öncə Dövlət Himni səsləndirildi, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən Bakı Qızlar Universitetinin “Tarix “ kafedrasının dosenti Vidadi Umudlu Xocalı faciəsinin unudulmayan bir faciə olduğunu, ermənilərin törətdikləri vəhşiliklərdən dərs almaq lazım olduğunu diqqətə çatdırdı. O, 44 günlük Vətən müharibəsində Xocalının qisasının alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını vurğuladı.
“Tarix” kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli, həmin kafedranın baş müəllimi Səyalə İmanova çıxış edərək faciənin xalqımızın yaddaşından silinməyəcəyini, hədəf olaraq niyə məhz Xocalının seçildiyini, bu şəhərin Qarabağın ən qədim yaşayış məskəni olduğunu qeyd etdilər.
Çıxışlarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti pislənildi.
Sonra, dəyirmi masanın proqramına uyğun olaraq, tələbələr Xocalı Soyqırımı ilə bağlı çıxışlar etdilər və faciənin ağrı-acısını əks etdirən şeirlər söylənildi.
Allah şəhidlərimizə rəhmət eləsin!
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024