17-01-2024
Kitab insan üçün mənəvi qidadır. Şübhə yoxdur ki, hər kəs müxtəlif səbəblərdən kitab oxumağı sevir. Bəzi insanlar hər kitabda yaşadıqları personajlarla ünsiyyətdən zövq alır, digər insanlar oxuduqlarından bir şey öyrənməyi sevirlər.
Sözsüz ki, mütaliə insanı bilikli, hazırcavab edir və dünyagörüşünü artırır.
Bu gün də tələbələrimizin sevimlisi, kitabxanaçı Aytac xanımla kitabxanaya baş çəkdik və ondan tələbələrin kitablara aid münasibətini soruşduq. Aytac xanım onların nəinki dərs vəsaitlərinə, hətta bədii kitablara da qarşı böyük maraqlarının olduğunu vurğuladı. Söhbət əsnasında onu da öyrəndik ki, məhz bu gün 17 yanvar 1605-ci ildə ilk müasir roman olaraq adlandırılan “Don Kixot”un birinci hissəsi İspaniyada dərc olunub. Romanın ikinci hissəsini isə yazıçı Migel de Servantes ancaq 10 il sonra dərc etdirə bilib.
Kitabla bağlı olan bayramlardan biri 23 aprel “Ümumdünya Kitab və müəlliflik hüququ Günü”dür. 23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. Sözügedən kitabiın müəllifi Servantes məhz həmin gun vəfat edib.
Əziz tələbələrimiz, kitabları sevin! Onlar sizin elm yolunuzda işıq saçan mayakdır.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024