15 avqust 1964-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970- 1978-ci ildə orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikumuna qəbul olmuşdur. 1987-ci ildə M.F.Axundov adına Rus-dili və Ədəbiyyatı İnstitutuni bitirmişdir.Və elə həmin il Lənkəran şəhəri 113 №-li Texniki Peşə Məktəbində əmək fəaliyyətinə başlamışdır.1992-ci ildə Lənkəran 5 saylı məktəbin direktor müavini, 1995-ci ildə Lənkəran Dövlət Universitetində Tədris şöbəsində inspektor , sonra isə həmin şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur. 2003-2005-ci illərdə Lənkəran Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı”na layiq görülmüşdür.
2005-ci ildə Bakı Qızlar Universitetində Tədris şöbəsinin müdiri vəzifəsində çalışmış, daha sonra həmin universitetin “Pedaqogika” kafedrasının müdiri , 2016-2017-ci ildə dekan vəzifəsində vəzifəsində çalışmışdır. 2010-2016-cı ilədək Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin müdiri olmuşdur. 20-dən artıq elmi-əsərlərin müəllifidir.
Hal-hazırda Universitetin “Pedaqogika” kafedrasının dosenti olaraq fəaliyyət göstərir.