Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Bayramov Həsən Bayram oğlu

Pedaqogika kafedrasının müdiri
bayramovhesen@bqu.edu.az

   1953-cü ildə Qərbi Azərbaycanda Krasnoselo rayonu, Toxluca kəndində anadan olub. 1960-1970-ci illərdə Toxluca kənd orta məktəbini, 1971-1975-ci illərdə V.İ.Lenin adına ADPU-nun filologiya fakultəsini,1983-1986 –cı illərdə V.İ.Lenin adına ADPU-nun Pedaqogika kafedrasında qiyabi aspiranturanı bitirib.

    1990-cı ildən Pedaqoji Elmlər Namizədi, 2008-ci ildən Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, 2017-ci ildən Pedaqoji elmlər doktorudur.

    1976-1987-ci illərdə Qərbi Azərbaycanın Krasnoselo rayonunda orta məktəbdə müəllim və direktor müavini, komsomol komitəsinin katibi, Toxluca qəsəbə sovetinin sədri  vəzifələrində işləmişdir.1987-1990-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstutunda, 1991-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və dosent işləyib. 2012-2023 -cü illərdə 9 sayli Binəqədi rayonu   2-ci Seçki dairəsinin sədri olmuşdur . 2015-2020-ci illərdə Metropoliten və Dəmir Yolu Liseyinin direktoru olub.

    2017-ci ildən Bakı Dövlət Universitetində  Pedaqogika üzrə elmlər doktoru, professor kimi çalışır.

30-a yaxın  dərslik, dərs vəsaiti və ali  pedaqoji məktəblər üçün  proqramların müəllifidir. Bundan başqa,100-dək elmi, 100-dən çox publisistik məqalələri yerli, 20-dək məqaləsi nüfuzlu xarici jurnallarda nəşr edilmişdir.

   2022-ci ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru kimi fəaliyyət göstərir.

Kitabları:

1. Təhsili idarəetmənin əsasları (magistratura). Bakı, ADPU, 1998. Dərslik və Proqram.

2. Idarəetmənin pedaqogikası və psiхologiyası. (Azərbaycan və rus dillərində). 3. Dərslik və proqram. Bakı, ABU, 2000

4 .Nitq mədəniyyəti. Bakı, ABU, 2008. Dərslik

5. Təhsili idarəetmənin əsasları (bakalaviatura). Bakı, ADPU, 2010. Dərslik və Proqram.

6. Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi- pedaqoji paradiqmanın formalaşması. Bakı, “Elm”, 2015. Monoqrafiya

7. Qloballaşma və müasir dəyərlər: ailənin psixoloji və sosial-pedaqoji təsnifatı. Bakı, ADPU, 2018. Metodik vəsait. 

8.Ali məktəb pedaqogikası. Dərs vəsaiti. Bakı, ADPU, 2019. 205 s

9. Dövlətin təhsil siyasəti. Dərslik. Bakı, BDU, 2020

10. Ali məktəbdə didaktika: nəzəri- praktik  kreativlər  Monoqrafiya 2023.

11. İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması. Monoqrafiya, Bakı, “APASTROF-A”, 2022, 204 səh.

12. İrəvan Müəllimlər Seminariyasının mənəvi ardıcılları ; İrəvan pedaqoji texnikumundan Xanlar pedaqoji məktəbinə uzlanan şərəfli yol. Monoqrafiya , 2024 (çapdadır)