10 oktyabr 1998-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2004-2015-ci il aralığında Bakı şəhəri Səbail rayonu Cəbrail Əsgərov adına 50 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsil” fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuş və 2019-cu ildə məzun olmuşdur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universtitenin “Pedaqogika” ixtisasının “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuş və 2021- ci ildə məzun olmuşdur. 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasında fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorant olaraq təhsil alır. Respublika və beynəlxalq elmi konfranslarda elmi məqalələri ilə çıxış edib. 10 elmi məqaləsi müxtəlif nəşr orqanlarında, o cümlədən 5 məqaləsi xaricdə çap olunmuşdur.
2023-cü ildən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında baş müəllim vəzifəsində işləyir.