Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Ağasiyev İkram Kərim oğlu

Professor
ikiramagasiyev@bqu.edu.az

1963-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kəndində anadan olmuşdur. O, kənd məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1984-cü ildə Lutsk şəhərində Lesya Ukrainka adına Volın Dövlət Universitetinin  tarix fakültəsinə daxil olmuş və Universiteti  fərqlənmə diplomu ilə bitirmişdir.

     1988-1992-ci illərdə Volın diyarşünaslıq muzeyində elmi işçi kimi  fəaliyyətə başlamışdır.1992-1995-ci illərdə Volın Dövlət Universitetinin əyani aspiranturasını bitirdikdən sonra Rusiyanın Krasnoyarsk Dövlət Pedaqoji Universitetində işləmişdir.

2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində, 2019-2022-ci illərdə “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin  müdiri vəzifəsində çalışmışdır. 2023-cü ildən “Azərbay­canın Sovet dövrü tarixi” şöbəsinin müdiridir.2014-2018-ci illərdə Azər­baycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvü olmuşdur.Hal-hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının üzvüdür.  2003-cü ildən Bakı Biznes Universitetinin “Humanitar elmlər” kafedrası ilə əməkdaşlıq edir. 145 elmi əsər, 3 monoqrafiya , 18 tədris proqramı, “Azərbaycan tarixi” fənni üzrə dərslik və dərs vəsaitinin müəllifidir. Onun hazırladığı və 2015-ci ildə çap etdirdiyi “Azərbaycan tarixi (sxemlərdə, xəritələrdə, cədvəllərdə)” adlı dərs vəsaiti hələlik bu xüsusda çap olunan yeganə vəsaitdir.

39 beynəlxalq konfransda tədqiq olunan mövzular ilə bağlı çıxışlar etmiş, müxtəlif mükafatlara layiq görülmüş, o cümlədən Azərbaycan Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir.  

 2022-ci ildən Bakı Qızlar Univeristinin “Tarix” kafedrasının professoru vəzifəsində çalışır.