Seminariyanın əsasnaməsi 1992-ci ildə təsdiq edildi. Beləliklə, Seminariyanın təşkili üçün hüquqi əsas yarandı. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradıldı. İyulun 27-də Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına “Pedaqogika və psixologiya”, “Pedaqogika və ibtidai təhsilin pedaqogikası” ixtisasları üzrə tələbə qəbuluna dair elan verildi. Nazim Abbasova tədris işlərinə rəhbərlik etmək həvalə edildi.
Bakı Qızlar Universitetində müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır. Bakalavr, Magistratura üzrə təhsillər. Bu yaxınlarda Bakı Qızlar Universitetinin yaradılmasının 25 illiyi tamam oldu. Ümid edirik ki, Bakı Qızlar Universiteti Azərbaycan təhsilinə öz töhfələrini bundan sonra da uzun illər bəxş etməkdə davam edəcəkdir.