Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Namazov Azər Zarkara oğlu

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ ELMİ İŞLƏR ÜZRƏ PROREKTOR
azernamazov@bqu.edu.az
(012) 494 69 86

NAMAZOV AZƏR ZARKARA OĞLU
BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ ELMİ İŞLƏR ÜZRƏ PROREKTOR
Namazov Azər Zarkara oğlu, 1957-ci ilin yanvar ayının 27-də Bakı
şəhərində doğulub. 1964-1974-cü illərdə orta məktəbdə, 1974-1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil almlşdır. 1979-1981-ci illərdə ixtisası üzrə Az. SSR Elmlər Akademiyasının Neft və Kimya Prosesləri institutunda mühəndis işləmişdir.
1985-1989-cu illərdə Az.KP 26 Bakı kommisarları adına rayon komitəsinin
aparatında təlimatçı, şöbə müdir müavini, şöbə müdiri vəzifələrində işləmişdir.
 1989-cu ilin iyun ayında  Sov.İKP MK yanında İçtimai Elmlər Akademiyasının (hazırda Russiya Dövlət Xidməti Akademiyası) aspiranturasına daxil olmuş, 1992-ci ildə bitirmişdir . Həmin il dissertasiya müdafiə edib hüquq elmləri namizədi dərəcəsini almışdır. 1992-1993-cü illərdə “Seymur-Kosmik” Kommersiya Mərkəzində baş mütəxəssis, Mərkəzin Ukrayna Respublikasının İlyiçovsk dəniz limanında regional nümayəndəliyinin direktoru vəzifəsində, 1993-1994-cü illərdə “Komist-
Servis” şirkətinin icraçı direktoru vəzifəsində çalışmışdır. 1994-1995-ci illərdə yeni yaranmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində idarə rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 

1996-1998-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində yeni yaranmış “İnterservis” Müdiriyyətinin şöbə müdiri olmuşdur. 2013-cü ilin iyun ayından 2014-cü ilin fevral ayınadək AMEA Rəyasət Heyəti aparatının Hüquqi təminat şöbəsinin rəisi, 2014-cü ilin fevral
ayından 2016-cı ilin mart ayınadək AMEA Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru vəzifəsində işləmişdir. 2018-ci ilin mart ayından 2021-ci ilin yanvar ayınadək Azəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin hüquq sektorunun müdiri, 2021-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək Xidmətin Bakı Regional İdarəsinin rəisi vəzifəsində işləmişdir. 

    2023-cü ilin mart ayından Bakı Qızlar Universitetinin Beynəlxalq əlaqələr və elmi işlər üzrə prorektorudur.