25-06-2024
Bakı Qızlar Universitetində 2023/2024-cü il tədris ilində “Sosial-pedaqoji” fakültə üzrə İxtisaslaşdırılmış Şuranın 24 və 25 iyun tarixlərində “Pedaqogika” ixtisası üzrə “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşmasının magistr dissertasiyalarının müdaifəsi başlanmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 29.05.2024-cü il tarixli 3-29.3-2-324F/2024 nömrəli əmri və BQU Elmi Şurasının 14 fevral 2024-cü il tarixli iclasının qərarına əsasən, “Pedaqogika” ixtisası üzrə İxtisaslaşdırılmış Şuranın sədri Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi” şöbəsinin müdiri, pedaqojika üzrə elmlər doktoru, professor İntiqam H.Cəbrayılov təyin edilmişdir.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024