Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

03-03-2025

Universitetlərarası Azərbaycan Çempionatının Seçim Turu

Universitetlərarası Azərbaycan Çempionatının Seçim Turu

1 mart 2025-ci il tarixində Bakı Qızlar Universitetində  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 2025-ci il Universitetlərarası Azərbaycan Çempionatının ilk turu keçirildi.

Bu çempionatın əsas məqsədi dövlət dilində intellektual oyunların təbliği, intellektual hərəkatın genişləndirilməsi, Azərbaycanın zəngin milli-mədəni irsinin tanıdılması və gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi idi.

Turnirdə universitet tələbələrindən ibarət 5 komanda - "Qələbə", "Zəka", "Zirvə", "Vətən" və "Zəfər" mübarizə apardı. Gərgin və maraqlı keçən yarışın qalibi "Qələbə" komandası oldu.

Universitetlərarası Azərbaycan Çempionatının seçim turunun uğurla başa çatması tələbələrin intellektual potensialını nümayiş etdirməsi və biliyə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Digər xəbərlər

Bütün xəbərlər