Keyfiyyətin təminatı və monitorinqi şöbəsi Bakı Qızlar Universitetinin Elmi Şurası ilə 2023-ci ildən təsis olunub və öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəs”ni, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ı, təhsillə bağı digər normativ-hüquqi aktları və Bakı Qızlar Universitetinin müvafiq normativ-hüquqi sənədlərini əldə rəhbər tutur.
Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. Tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili;
2. Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında Bakı Qızlar Universitetinin bakalavriat və magistratura səviyyələrinin I kursuna qəbul olunmuş tələbə və magistrantların əmrlərinin hazırlanması və onların şəxsi işlərinin dekanlıqlardan qəbulu, onlara aid əmrlərin işlənib şəxsi işlərinə daxil edilməsi;
3. Buraxılış kafedraları ilə birlikdə tədris planlarının və tədris-metodiki sənədlərin işlənib hazırlanması;
4. Tədris proqramlarının, hər tədris ili üçün işçi tədris planlarının hazırlanması;
5. Kafedralar üzrə tədris yüklərinin hesablanması və təsdiqi, tədris yükünün professor-müəllim heyəti arasında bölgüsünə və yerinə yetirilməsinə nəzarət;
6. Tələbələrin irəliləyişi, hərəkətinin qeydiyyatı və nəzarətin aparılması (akademik möhlət, köçürmə, xaricolma, bərpa);
7. Kafedraların dərs yüklərinin yerinə yetirilməsi haqqında hesabatların toplanması və ümumiləşdirilməsi;
8. Tədris prosesinin planlaşdırılması, təşkili və nəzarəti məsələləri üzrə əmrlərin, sərəncamların və digər sənədlərin layihələrinin işlənib hazırlanması;
9. Keyfiyyətin təminatı və monitorinqi şöbəsi kargüzarlıq işlərinin aparılması;
10. Universitetin dövlət və beynəlxalq akkreditasiyasına hazırlığı ilə bağlı lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
11. Tədris prosesinin təhsil proqramlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət edilməsi;
12. Tələbə və magstrantların tədris planına uyğun dərslərinin normal keçirilməsinin təşkil edilməsi;
13. Tələbə və magistrantların kurs və dövlət imtahanlarının keçirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbə və magistrantların dərsə davamiyyətinə nəzarət edilməsi;
14. Universitet üzrə tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət;
15. Tədrisin təşkili sahəsində fakültə və kafedraların işinin əlaqələndirilməsi;
16. Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət edilməsi;
17. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət edilməsi;
18. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafiklərinin tərtibi və icrasına nəzarət;
19. Payız və yaz semestrlərinin təşkili;
20. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyalarının nəticələrinin təhlili;
21. Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və adiyyəti üzrə göndərilməsinin təmin edilməsi;
22. Saathesabı dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və hesablanmış əmək haqqına nəzarətin təşkili;
23. Fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və istifadəsi vəziyyətinə nəzarətin təşkili;
24. Ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək;
25. Digər ali təhsil müəssisələrindən köçürülmüş təhsilalanların ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə subbakalavr təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə bağlı ekspertizanın təşkil edilməsi və müvafiq arayışın verilməsi;
26. Universitetin təhsilin keyfiyyəti təminatı siyasətində nəzərdə tutulan tədbirlərin icrasında aktiv iştirak edilməsi;
27. Universitetdə daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;
28. Müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
29. Ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası) keçirilməsi tarixinin müəyyənləşdirməsi;
30. İxtisaslar üzrə yekun və buraxılış dövlət attestasiyasından keçmiş tələbələr haqqında məlumatların toplaması, yoxlanılması və işlənməsinin təmin edilməsi;
31. Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin fəaliyyəti ilə əlaqədar təşkilati sənədlərin layihələrinin hazırlanmasında iştirak edilməsi;
32. Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanması və Universitetin rəhbərliyinə təqdim edilməsi;
33. Universitetin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;
34. Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin fəaliyyətinin hazırlanmış illik iş planı əsasında həyata keçirilməsi;
35. Tədris prosesi ilə bağlı əmrlərin hazırlanması;
36. BQU-nu bitirən məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom və diploma əlavələrin, akademik transkriptlərin alınması, tərtibatı, qeydiyyatı və verilməsi;
37. Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və müvafiq komissiyada baxıldıqdan sonra əmrləşdirilməsi;
38. Sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;
39. İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizələrə, məktublara cavab hazırlanması;
40. Qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi;
Keyfiyyətin təminatı və monitorinqi şöbəsinin rəhbəri Rəqsanə Məmmədova İsmayıl qızıdır.