27-09-2024
27 sentyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü ilə bağlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru, prof. S.A. Rəhimova çıxışında, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlikdən və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından bəhs etdi. O, şəhidlərimizin xalqımız üçün daimi qürur mənbəyi olduğunu vurğuladı və gələcək nəsillərə onların qəhrəmanlıq tarixinin çatdırılmasının vacibliyini qeyd etdi.
Bakı Qızlar Universitetinin "Tarix" kafedrasının professoru İkram Ağasıyev və dosent Sübhan Talıblı çıxış edərək, Azərbaycan xalqının tarix boyu qarşılaşdığı ağır sınaqlardan və mübarizəsindən bəhs etdilər. Çıxışlarında 44 günlük müharibə ərzində xalqımızın birlik və həmrəylik göstərərək, ölkəmizin müstəqilliyini qorumaq uğrunda apardığı mübarizənin əhəmiyyətini vurğuladılar.
Tədbir, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx və bədii kompozisiya ilə yekunlaşdı