22-10-2024
BQU “Tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı-XX yüzilliyin əvvəllərində (İrəvan quberniyasının materialları əsasında)” monoqrafiyası çap edilmişdir.
Əsərdə ilkin mənbələr və arxiv materialları əsasında Qərbi Azərbaycan torpaqlarının bir parçası olan İrəvan quberniyasının siyasi, sosial iqtisadi və mədəni həyatı tədqiq edilir. Burada İrəvan quberniyasının yaranması, ərazisi, inzibati-ərazi bölgüsü, idarəçilik sistemi, təsərrüfat məişəti, torpaq sahibliyi və torpaqdan istifadə , əhalinin etnik say tərkibi, sosial-silki tərkibi, şifahi xalq ədəbiyyatı, təhsil, mətbuat, teatr, bölgənin mədəni həyatının müxtəlif sahələri və digər vacib məsələlər araşdırılır.
Kitab tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.