08-04-2025
Təhsil ocağını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Bakı Qızlar Universitetinin təsisçisi, tanınımış yazıçı-dramaturq, professor Ağarəhim Rəhimovun yaratdığı bu elm və mənəviyyat məkanı, eyni zamanda yaradıcı qələm sahiblərinin yetişdiyi bir ocağa çevrilib. Bu gün universitetdə fəaliyyət göstərən bir çox müəllimlər yalnız dərs deməklə kifayətlənmirlər – onlar ədəbi yaradıcılıqla da fəal şəkildə məşğuldurlar.
Bu da o deməkdir ki, onlar gələcək nəslə yalnız akademik bilik vermir, eyni zamanda zəngin mənəvi dünyalar bəxş edirlər. Başda professor Ağarəhim Rəhimov olmaqla, universitetdə fəaliyyət göstərən bir sıra müəllimlər həm elm, həm də ədəbiyyat sahəsində səmərəli fəaliyyət göstərilər.
Məsələn, “Tarix” kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və “Bütöv Azərbaycan” qəzetinin redaktoru dosent İlham Məmmədli, “Pedaqogika” kafedrasının müəllimi Əlibala Zalov, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “Xarici dillər” kafedrasının müəllimi Elmira Kənan, “Psixologiya” kafedrasının əməkdaşı, psixoloq Cavid Musa kimi müəllimlərin yazıları dövri mətbuatda işıq üzü görmüş, bəzilərinin isə artıq kitabları nəşr olunmuşdur.
Müəllimlərimizin yazılarında hiss olunan dərin insanpərvərlik, tarixə və mədəniyyətə bağlılıq, cəmiyyətin problemlərinə həssas yanaşma, yalnız gələcək nəsillərin mənəvi tərbiyəsinə deyil, həm də butun ölkənin mədəni inkişafına töhfə verir.
Bu yaradıcı ruhu dəstəkləmək məqsədilə universitet daxilində təşkil olunan “Kitab” diskussiya klubunun fəaliyyətləri, müəllimlərin və tələbələrin qarşılıqlı fikir mübadiləsi üçün ideal bir platforma yaradır. Orada keçirilən görüşlər, müasir ədəbiyyatın ən aktual mövzularını müzakirəyə açaraq tələbələrin gələcəyə baxışlarını zənginləşdirir və onların mütaliə vərdişlərinin inkişafına güclü təsir göstərir.
15-04-2025
14-04-2025
14-04-2025
11-04-2025