10-04-2025
Bakı Qızlar Universitetində tələbələrlə mütəmadi olaraq Boloniya təhsil sistemi haqqında məlumat xarakterli görüşlər keçirilir. Belə görüşlərdən biri Filologiya- tarix fakültəsində, “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrlə baş tutdu.
Görüşdə fakültənin dekan müavini Səyalə İmanova , “Xarici dillər” kafedrasının müdiri professor Çingiz Qaraşarlı, kafedranın müəllimləri Elmira Kənan, Rəmayə Mehdiyeva və Ləman Mustafazadə iştirak etdilər.
Dekan müavini S. İmanova tələbələrə 2020-ci ildə təsdiqlənmiş tədris planına uyğun olaraq kredit sistemi, tədris olunan fənlər və onların aid olduqları bölmələr və bloklar barədə ətraflı məlumat verdi.
Tələbələr ümumi və ixtisas fənləri bloku ilə tanış oldular. Seçmə fənlər bloku ilə bağlı izahları isə kafedranın müdiri professor Ç. Qaraşarlı və ixtisas üzrə digər müəllimlər təqdim etdilər. Onlar hər bir seçmə fənnin mahiyyəti və spesifik xüsusiyyətləri barədə ətraflı məlumat verdilər, tələbələri maraqlandıran sualları cavablandırdılar.
18-04-2025
18-04-2025
15-04-2025
14-04-2025