25-11-2025
20 noyabr 2025-ci il tarixində Özbəkistan Respublikası Kokand Dövlət Universitetinin təşkil etdiyi “İbtidai təhsil sistemində müasir meyllər və beynəlxalq qiymətləndirmə təcrübəsi: problemlər, həll yolları və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfransda Bakı Qızlar Universitetinin nümayəndə heyəti iştirak etdi.
Konfransda BQU-nun magistrantları Qənbərova Xədicə və İbrahimova Dürdanə, həmçinin “Məktəbəqədər təhsil” ixtisası üzrə 3-cü kurs, MQ-23 qrup tələbəsi Həsənli Həmidə məruzə ilə çıxış etdilər.
Tələbələrə elmi rəhbərlik edən “Pedaqogika” kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Reyhan Hacızadə də konfrans çərçivəsində təqdimatla çıxış etdi.
Tədbir zamanı ibtidai təhsildə müasir yanaşmalar, beynəlxalq qiymətləndirmə modelləri, mövcud problemlər və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıldı.
25-11-2025
24-11-2025
19-11-2025
19-11-2025