Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

29-12-2025

Bakı Qızlar Universitetində tanınmış şairə Mahirə Nağıqızı ilə ədəbi görüş keçirildi

Bakı Qızlar Universitetində tanınmış şairə Mahirə Nağıqızı ilə ədəbi görüş keçirildi

26 dekabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağıqızı ilə “Ana sevgisindən doğan nəğmələr” adlı ədəbi görüş keçirildi.

Tədbiri giriş sözü ilə BQU-nun təsisçisi, yazıçı-dramaturq, professor Ağarəhim Rəhimov açaraq, qonaqları salamlayıb. Ardınca Mahirə Nağıqızının həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olundu.

Görüşdə Bakı Qızlar Universitetinin rektoru professor Sevinc Rəhimova, pedaqogika üzrə fəlsəfə doktoru, professor Həsən Bayramov, “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru İsmayıl Kazımov, ADPU -nun professoru İbrahim Bayramov, şəhid  Nəsir Mənsurovun bacısı, kulturoloq, “Qızıl Qələm” mükafatçısı, bəstəkar-şairə Sevinc Mənsurova çıxış edərək , Mahirə Nağıqızının elmi və ədəbi fəaliyyətindən, poeziyasının mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasından danışdılar.

Tədbirin bədii hissəsində şairənin yaradıcılığından nümunələr səsləndirildi. Mahirə Nağıqızının “Bayraq” şeiri Bakı Qızlar Universitetinin magistrantı Həyat İsayeva tərəfindən ifa olundu. Universitetin “Səma” rəqs qrupunun təqdimatında “Xarı bülbül” rəqsi nümayiş etdirildi. 

Proqram çərçivəsində “Söhbət 50 qəpikdə deyil” adlı səhnəciyin nümayişindən sonra “Filologiya–tarix” fakültəsinin tələbələri Sara Əzizova və Fatimə Ağayeva “Nə yaxşı ki, sən varmışsan” mahnısını ifa etdilər. Gənc ifaçı Nuray Şahsuvarlının çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Görüşdə respublikanın əməkdar artisti Mətanət İsgəndərli, müğənnilər “VIII Muğam” müsabiqəsinin iştirakçısı Səbinə Abbasova və  Ümidə Mələyin ifaları tədbirə xüsusi rəng qatdı.

Tədbirin sonunda Mahirə Nağıqızı öz şeiri ilə Bakı Qızlar Universitetinin tələbələri timsalında bütün Azərbaycan qadınlarına xoş diləklərini çatdırdı. Görüş universitetin “Günəş” xor qrupunun ifasında səslənən “Azərbaycandır Qarabağ” mahnısı ilə yekunlaşdı.

Digər xəbərlər

Bütün xəbərlər