10-03-2026
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Novruzun müjdəçisi olan Yel Çərşənbəsi xalqımızın qədim ənənələrindən biridir. Bu əziz gündə əsən bahar yeli təbiətə yenilənmə, insanlara isə ümid və sevinc gətirir.
Qoy bu gözəl bayram hər birinizə sağlamlıq, xoşbəxtlik və firavanlıq gətirsin.
Yel Çərşənbəniz mübarək!
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi