Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

05-07-2025

Bakı Qızlar Universitetində pedaqoji təcrübələrin yekun təqdimatı keçirildi

Bakı Qızlar Universitetində pedaqoji təcrübələrin yekun təqdimatı keçirildi

23iyun –02iyul 2025-ci il  tarixlərində Bakı Qızlar Universitetində 2024/2025-ci tədris ilində keçirilmiş pedaqoji təcrübələrin yekun qiymətləndirilməsi məqsədilə “Sosial-pedaqoji” və “Filologiya-tarix” fakültələrinin tələbələri üçün təcrübə hesabatlarının təqdimatı keçirildi.

Təqdimatlar Təcrübə Komissiyası qarşısında baş tutmuş və universitetin “Sosial-pedaqoji” və “Filologiya-tarix” fakültələrində təhsil alan tələbələr iştirak etdilər. Təcrübə təqdimatlarında “İbtidai sinif müəllimliy”,“Xarici dil müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Tarix müəllimliyi”, “Məktəbəqədər təhsil”  və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil alan tələbələr çıxış edərək, təcrübə müddətində qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər.

Təqdimatlar qrafikə uyğun olaraq müxtəlif günlərdə keçirilmiş, tələbələr tədris etdikləri müəssisələrdəki müşahidələrini, qarşılaşdıqları pedaqoji vəziyyətləri və tətbiq etdikləri metodları təqdimat şəklində izah etdilər. Tələbələrin peşə hazırlığı komissiya üzvləri tərəfindən  yüksək  qiymətləndirildi.

   Qeyd edək ki, pedaqoji təcrübələrin yekun qiymətləndirilməsi üçün Təcrübə Komisssiyasının qrafiki  universitetin tədris şöbəsinin rəhbəri  dos. U.M.Qəzvini, “Sosial-pedaqoji” fakültənin dekanı dos. İ.F.Quliyeva və və “Filologiya-tarix” fakültəsinin dekan müavini S.Q.İmanova tərəfindən tərtib edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər

Bütün xəbərlər