Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

09-06-2026

Bakı Qızlar Universitetinin müəllim və tələbələri sənətkarın ev-muzeyini ziyarət ediblər

Bakı Qızlar Universitetinin müəllim və tələbələri sənətkarın ev-muzeyini ziyarət ediblər

Bakı Qızlar Universitetinin bir qrup müəllim və tələbəsi tanınmış keramika ustası, sənətkar Mir Teymur Məmmədovun İçərişəhərdə yerləşən ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılar sənətkarın keramika və dekorativ-tətbiqi sənət nümunələri ilə tanış olub, yaradıcılığı ilə bağlı suallarını ünvanlayıblar. Mirteymur Məmmədov İçərişəhərin tarixi-mədəni irsinin qorunmasının gənc nəslin mühüm vəzifələrindən biri olduğunu vurğulayaraq, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Görüş zamanı tələbələrə keramika sənətinin incəlikləri, əsərlərdə əks olunan tarixi motivlər və incəsənətlə tarixin vəhdəti barədə məlumat verilib. Ziyarət iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tələbələrin milli irsimizə, incəsənətə və tariximizə olan marağının daha da artırılmasına xidmət edib.

 

Digər xəbərlər

Bütün xəbərlər