Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

06-01-2026

BQU-da qış imtahan sessiyası başlayıb

BQU-da qış imtahan sessiyası başlayıb

Yanvarın 5-dən etibarən Bakı Qızlar Universitetində 2025–2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

İmtahanlar universitetin “Filologiya–tarix” və “Sosial-pedaqoji” fakültələrində iki növbəlilik prinsipi əsasında təşkil olunur.

İmtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə universitetdə Operativ Qərargah yaradılıb. Eyni zamanda, imtahan nəticələri ilə bağlı müraciətlərin operativ və ədalətli şəkildə araşdırılması üçün universitet üzrə Apellyasiya Komissiyası fəaliyyət göstərir.

İmtahan sessiyası zamanı universitetin tədris işləri üzrə prorektoru, professor Hava Abdullayeva imtahanların gedişini izləyib, imtahan suallarını nəzərdən keçirib və mövcud vəziyyətlə bağlı müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, qış imtahan sessiyası 31 yanvar tarixinədək davam edəcək.

Digər xəbərlər

Bütün xəbərlər