Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

07-10-2024

BQU-nun tələbələri görkəmli xadim N.Nərimanovun ev muzeyində

BQU-nun tələbələri  görkəmli xadim N.Nərimanovun ev muzeyində

05 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin tələbələri  Azərbaycanın görkəmli  ictimai-siyasi xadim,  yazıçı-publisist, həkim  Nəriman Nərimanovun ev muzeyində olublar. 

 Qeyd edək ki, Nəriman Nərimanovun xatirə muzeyi  1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə 1977-ci il noyabrın 6-da açılmışdır. 

Muzeydə tələbələr beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr,  N. Nərimanovun ailəsinin genealogiyası və digər əşyalarla tanış olublar.

Digər xəbərlər

Bütün xəbərlər