28-05-2025
27 may 2025-ci tarixində Bakı Qızlar Universitetində 2024/2025-ci tədris ili üzrə məzun günü münasibətilə təntənəli görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Bakı Qızlar Universitetinin Himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova məzunları və onların ailə üzvlərini təbrik edərək, onlara gələcək həyat yollarında uğurlar arzulaydı. Sevinc xanım çıxışında, həmçinin valideynlərə övladlarının təhsilində və tərbiyəsində göstərdikləri dəstəyə görə təşəkkür etdi.
Məzun günü münasibətilə universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova, “Sosial-pedaqoji” fakültənin dekanı dos. İlahə Quliyeva və “Filologiya-tarix fakültəsinin dekan müavini Səyalə İmanova da çıxış edərək məzunlara xoş arzularını çatdırdılar. Onlar tələbələrin təhsil dövründə əldə etdikləri uğurlardan söz açaraq, gələcək fəaliyyətlərində uğurlar dilədilər.
Tədbirdə “Riyaziyyat və informatika müəllimliyi”, “Xarici dil müəllimliyi”,
“Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Tarix müəllimliyi” üzrə bakalavr məzunlar və “Pedaqogika nəzəriyyəsi və tarixi”, İbtidai siniflərdə tədrisin metodika və metodologiyası” üzrə magistrant məzunlar,həmçinin onların müəllimləri də çıxış edərək arzu və istəklərini bildirdilər.
Bakı Qızlar Universitetinin “Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Elmira Kənan da tədbirdə iştirak edərək qeyd edib ki, şöbə universitetin uğurlarını və tələbələrinin nailiyyətlərini ictimaiyyətə çatdırmaq missiyasını daşıyır. Məzunlara tövsiyə olundu ki, gələcəkdə qazandıqları uğurları universitetlə bölüşsünlər və bu nailiyyətlər media vasitəsilə mütəmadi olaraq ictimaiyyətə təqdim oluna bilsin.
Tədbir universitet tələbələrinin hazırladığı musiqili-bədii kompozisiyalar və ifalarla davam etdi. Məzun tələbələrin ifasında səsləndirilən mahnılar tədbirə xüsusi rəng qatdi.
Tədbir məzunların müəllimləri və qrup yoldaşları ilə xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatdı.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi
02-06-2025
01-06-2025
29-05-2025
29-05-2025