29-05-2025
27 may 2025-ci tarixində Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda Respublika elmi konfransı keçirildi. Konfransda Bakı Qızlar Universitetinin “Filologiya-tarix” fakültəsinin II kurs tələbəsi Ləman Məmmədova dosent Müjkan Məmmədzadə ilə həmmüəllif olduqları “Azərbaycanda maarifçilik hərəkatının formalaşması” adlı məqalə ilə çıxış etdi.
Plenar iclas zamanı BQU nümayəndələri tərəfindən AMEA-nın Gəncə bölməsinin kitabxanasına Müjkan Məmmədzadənin müəllifi olduğu “Biblioqrafiya – Hümeyir Əhmədov 65” kitabı hədiyyə edildi.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.
02-06-2025
01-06-2025
29-05-2025
29-05-2025