06-01-2025
06 yanvar 2025-ci il tarixində Bakı Qızlar Universitetində Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiya”nın həyata keçirilməsi çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi” mövzusunda pedaqoji heyət üçün təlim təşkil olundu.
Təlimin məqsədi, uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi idi. Təlimdə “Psixologiya” kafedrasının müdiri, dosent Nurəngiz Rzayeva çıxış edərək, dünyada və cəmiyyətdə baş verən gərgin hadisələrin nəticəsi olaraq uşaqların müdafiəsinin nə qədər vacib olduğunu vurğuladı. O, uşaqların sui-qəsdə, təcavüzə məruz qalma, məişət zorakılığı, narkomaniya, təhsil, sağlamlıq və digər hüquqlarından məhrum edilməsi kimi halların qarşısının alınması üçün hər bir müəllimin, psixoloqun və valideynin məlumatlı olmasının vacibliyini qeyd etdi. Təlim zamanı “Psixologiya” kafedrasının digər əməkdaşları da mövzu ilə bağlı çıxış edərək, iştirakçılarla mütəxəssis olaraq öz bilik və təcrübələrini paylaşdılar.
Təlim uşaq hüquqlarının müdafiəsində biliklərin artırılması və mütəxəssis hazırlığı baxımından mühüm əhəmiyyət kəsb etdi.
11-01-2025
10-01-2025
08-01-2025
07-01-2025