Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

02-12-2025

Bakı Qızlar Universitetində maarifləndirici tədbir keçirildi

Bakı Qızlar Universitetində maarifləndirici tədbir keçirildi

Bakı Qızlar Universitetində “Ailə mühitində düzgün formalaşmayan münasibətlər və səbəb olduğu psixoloji problemlər: şəxsiyyət pozuntuları” mövzusunda geniş maarifləndirici tədbir keçirildi.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. 

“Psixologiya” kafedrasının müdiri dosent  Nurəngiz Rzayevanın çıxışından sonra layihə rəhbərləri – Bakı Qızlar Universitetinin “Psixologiya” ixtisası üzrə tələbələri Röya Cəfərova və Zinyət Hüseynzadə çıxış edərək, tədbirin məqsədi və hazırlanma prosesi barədə məlumat verdilər.

Tədbirdə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov  çıxış edərək, mövzunun aktuallığına toxundu və gənclərin psixoloji maarifləndirilməsinin cəmiyyət üçün vacibliyini qeyd etdi.

Psixologiya Elmi Tədqiqat İnstitutu  Əlavə Təhsil və İnnovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova “Şəxsiyyət pozuntusu nədir?” mövzusunda təqdimatla çıxış etdi. O, şəxsiyyət pozuntusunun klinik kriteriyaları, təsnifatı və gündəlik həyata təsirləri haqqında ətraflı məlumat verdi.

Psixologiya üzrə fəlsəfə doktoru, dosent Ramil Mirzəyev “Şəxsiyyət pozuntularının yaranma səbəbləri” mövzulu çıxışında ailədaxili münasibətlər, travmalar, valideyn davranış modelləri və irsi faktorların bu pozuntuların formalaşmasında rolunu izah etdi.

Psixoloq Ayşən Salahova isə “Şəxsiyyət pozuntularının qarşısının alınması yolları” və “Şəxsiyyət pozuntusu ilə temperament tipinin fərqi” mövzularında çıxış edərək praktiki yanaşmalarvə düzgün ailə mühitinin qurulmasının əhəmiyyətindən danışdı.

Tədbirin sonunda mövzuyla bağlı ətraflı  fikir mübadiləsi aparıldı.

 

Digər xəbərlər

Bütün xəbərlər