02-11-2024
01 noyabr 2024-cü il tarixində Bakı Qızlar Universiteti Tələbə Elmi Cəmiyyəti nəzdində yeni yaranmış “Gənc Linqvistlər” klubunun təşkilatçılığı ilə “Qadın gülərsə” adlı tədbir keçirildi.
“Gənc Linqvistlər” klubunun sədri və layihənin rəhbəri XD-23 qrupunun tələbəsi İlahə Ağayeva tədbiri açıq elan edərək, sözü BQU-nun rektoru, prof. Sevinc Rəhimovaya verdi. Qadının cəmiyyətdəki rolu və fəaliyyəti haqqında məlumat verən prof. S. Rəhimova şiddət və zorakılıq hallarına qarşı mübarizənin vacibliyini vurğulayaraq, ictimai maarifləndirmənin əhəmiyyətini tələbələrin diqqətinə çatdırdı.
Tədbirdə “Pedaqogika” kafedrasının dosenti Sara Bayramova və “Psixologiya” kafedrasının baş müəllimi Nərmin Abdullayeva çıxış edərək, qadınlara göstərilən şiddət və zorakılıq hallarının qarşısını almaq üçün atılmalı addımlar haqqında məlumat verdilər. Onlar, həmçinin gənc nəslin qadın hüquqları və gender bərabərliyi məsələlərində aktiv rol oynamasının vacibliyini qeyd etdilər.
“Filologiya-tarix” fakültəsinin tələbəsi Tahirova Arzunun ifasında “Mənə qadın deyirlər” monoloqu təqdim olundu. Qadına qarşı zorakılıq və şiddət haqqında slaydın nümayişindən sonra “Qadın” adlı qısametrajlı film izlənildi.
Tədbirdə erkən evlilik, zorla ərəverilmənin fasadları, qadın və uşaqlara qarşı törədilmiş cinayətlər haqqında tələbələr Abdullayeva Nigar, Cavanmərd Xədicə vəXəlilova Dilarə məlumat verərək, bu problemlərin cəmiyyətimizdəki təsirindən danışdılar.
Daha sonra, ingilis dilində tələbələr Atayeva Aygün, Məmmədzadə Nübar, Narbekova Aynur “Təhlükədən Müdaifə Yolları” mövzusunda çıxış etdilər. Bu çıxış, tələbələrimizin qadınları qoruma yolları haqqında daha geniş məlumat əldə etmələrinə kömək etdi.
“Qadın gülərsə” adlı tədbir XD-24 qrupunun tələbələri Əsgərova Nərmin, Vəlizadə Nərmin və Mahmudova Aytənin “Qadın uğurları” adlı təqdimatları ilə başa çatdı.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024