06-05-2025
Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının baş müəllimi, şair və pedaqoq Əlibala Zaloğlunun yeni şeirlər kitabı – “Vətən sevdaların əzəli” nəşr olunaraq oxuculara təqdim edilmişdir.
Kitab müəllifin Vətənə sonsuz sevgisini, milli-mənəvi dəyərlərə bağlılığını və poeziyada özünəməxsus ifadə tərzini əks etdirir. Əlibala Zaloğlu bu nəşrlə ədəbi ictimaiyyətə və oxuculara yeni poetik dünyasını təqdim edir. Kitabda yer alan şeirlər təkcə müəllifin yaradıcılıq potensialını deyil, həm də onun pedaqoji mövqeyində milli düşüncəni necə yaşatdığını göstərir.
Bakı Qızlar Universitetinin kollektivi olaraq,Əlibala Zaloğlunu bu uğuru münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni ədəbi nailiyyətlər arzulayırıq.
08-05-2025
07-05-2025
06-05-2025
06-05-2025