Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-05-2025

BQU-nun professoru İsmayıl Kazımov beynəlxalq elmi simpoziumda çıxış edib

BQU-nun professoru İsmayıl Kazımov beynəlxalq elmi simpoziumda çıxış edib

12–14 may 2025-ci il tarixlərində Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində keçirilən “2nd International Communication Days: Artificial Intelligence & Hypermedia” adlı beynəlxalq simpoziumda Bakı Qızlar Universitetinin professoru, filologiya  elmləri doktoru İsmayıl Kazımov da iştirak edib.

Professor İsmayıl Kazımov simpozium çərçivəsində “Metin Temelli Olarak Anaokullarında Yapay Zekâ Uygulamaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellekt texnologiyalarının məktəbəqədər təhsil müəssisələrinə təsiri, uşaqların erkən yaş dövründə psixososial inkişafına mümkün təsirləri və müəllim-şagird münasibətlərindəki dəyişikliklər elmi əsaslarla şərh olunub.

   Çıxış zamanı professor Kazımov qeyd edib ki, süni intellektin təhsil prosesində istifadəsi bir tərəfdən öyrənmə mühitini zənginləşdirə bilərsə də, digər tərəfdən uşaqların empatiya və sosial bacarıqlarının inkişafına mane ola biləcək riskləri də nəzərə almaq vacibdir. O, süni intellektin balanslı və nəzarət olunan şəkildə tətbiqinin zəruriliyini vurğulayıb.

Təqdimat simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş elmi müzakirələrə səbəb olub. Tədbir çərçivəsində müxtəlif ölkələrdən gəlmiş alimlərlə qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Bu cür beynəlxalq tədbirlər Azərbaycanın elm və təhsil sahəsindəki potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.


Bakı Qızlar Universiteti
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi

 

Digər xəbərlər

Bütün xəbərlər