Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

18-04-2025

Bakı Qızlar Universiteti və Elitar Gimnaziya arasında işgüzar görüş keçirilib

Bakı Qızlar Universiteti və Elitar Gimnaziya arasında işgüzar görüş keçirilib

 18 aprel 2025-ci il tarixində Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektoru, prof. Hava Abdullayeva və  İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, qabaqcıl təhsil işçisi Səadət Cahandarova arasında işgüzar görüş keçirilib. Görüşün  əsas  müzakirə mövzusu  müəllim hazırlığının problemlərinə yönəldilib.

          Söhbət zamanı 2025-ci ildə təhsil ixtisasları qrupuna daxil olan ixtisaslar üzrə Təhsil proqramlarının yenilənəcəyi  nəzərə alınaraq, Bakı Qızlar Universitetinin “Tarix müəllimliyi” ixtisasının tədris planı müzakirə obyektinə çevrilib. Müzakirə zamanı qeyd edilən ixtisas üzrə hansı fənlərin tədrisinin  müəllim hazırlığı üçün faydalı ola biləcəyi və  tədris planında ehtiva olunması barədə  geniş fikir mübadiləsi aparılıb. 

           Səadət Cahandarova həm bir rəhbər, həm də tarix müəllimi kimi “Tarix müəllimliyi” ixtisasının tədris planı ilə bağlı öz təkliflərini verib və  “Tarix dərslərində inteqrasiyanın tətbiqi yolları” adlı fənnin tədrisinin bu ixtisasda xüsusilə zəruri olduğunu əsaslandırıb.

          H. Abdullayeva  təklifi müsbət qarşıladığını və ixtisasın yeni tədris planının hazırlanmasında nəzərə alınacağını bildirib.

           Görüşdə daha sonra təcrübəçi tələbələrin gimnaziyadakı fəaliyyəti və təcrübənin gedişi vəziyyəti müzakirə olunub.

Digər xəbərlər

Bütün xəbərlər