11-04-2025
Tələbələrin müəllim kimi formalaşmasında pedaqoji təcrübənin rolu danılmazdır. Tədris prosesi zamanı əldə olunan bilik və bacarıqların praktikada tətbiqi, onların peşəkar formalaşmasına mühüm təsir göstərir.
Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri pedaqoji təcrübə çərçivəsində müxtəlif orta məktəblərdə sınaq dərsləri keçirlər. Təcrübəçi tələbələr Elitar Gimnaziya, 240, 13 və 18 nömrəli orta məktəblərdə tədris prosesinə cəlb olunublar.
“Xarici dillər” kafedrasının müdiri, professor Çingiz Qaraşarlı və kafedranın əməkdaşları — metodistlər Fəridə Allahverdiyeva , Elmira Kənan, Vüsalə Qasımova, Aynur Məmmədzadə, Ülkər Abdurəhmanova, Nəsrin Əlibəyli, Aynur Ağayeva, Şəhanə Cəfərova, Nəzakət Həsənova və Ofelya Mircavadlı həmin məktəblərdə tələbələrin keçdiyi sınaq dərslərində iştirak ediblər.
Siniflərə təhkim olunmuş təcrübəçi tələbələr həm məktəbin xarici dil müəllimlərindən, həm də universitetin metodist müəllimlərindən faydalı tövsiyələr, metodiki və pedaqoji dəstək alırlar. Onlar müasir təlim texnologiyalarına uyğun şəkildə dərslər hazırlayaraq uğurla təqdim edirlər.
18-04-2025
18-04-2025
15-04-2025
14-04-2025