03-02-2026
Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Şəhla Zeynalova və Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Musayeva fəxri fərmanlarla təltif olunublar.
Təltifetmə mərasimi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülara Verdiyevanın iştirakı ilə keçirilmiş, tədbir zamanı gənclərin təhsildə və ictimai fəaliyyətlərdə göstərdikləri fəallıq yüksək qiymətləndirilmişdir.
Tədbir iştirakçılarına dövlətin gənclər siyasətinə uyğun olaraq, gənclərin intellektual və sosial inkişafının dəstəklənməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Təltif olunan gəncləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi