Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

19-05-2025

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

16 may 2025-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub.

Tədbirdə Bakı Qızlar Universitetini Tələbə Gənclər Təşkilatının sədri Şəhla Zeynalova bədii qiraətlə, Sosial-pedaqoji fakültənin tələbəsi Səma Əsgərova və universitetin xor kollektivi isə musiqi nömrələri ilə çıxış edərək tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.

Festival iştirakçıları bu cür tədbirlərin keçirilməsini Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının təzahürü kimi dəyərləndiriblər.

Digər xəbərlər

Bütün xəbərlər