02-06-2025
2 iyun 2025-ci il tarixində Bakı Qızlar Universitetində 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası başladı. Sessiya müddətində bakalavriat və magistratura səviyyələri üzrə imtahanlar gündə iki növbədə — saat 10:00-dan 12:00-dək və 13:00-dan 15:00-dək keçirilir.
İmtahan prosesinə operativ nəzarətin təmin olunması, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin qorunması məqsədilə universitetdə Operativ Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir.
Yaz imtahan sessiyasının 5 iyul 2025-ci il tarixində başa çatması nəzərdə tutulur.
Qeyd edək ki, imtahanların keçirildiyi bütün auditoriyalar müvafiq texniki vasitələrlə təchiz edilib, nəzarətçi heyəti əvvəlcədən təlimatlandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
02-06-2025
01-06-2025
29-05-2025
29-05-2025