Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

22-05-2026

Bakı Qızlar Universitetinin coğrafiyaçıları Şirvan Milli Parkında çöl tədqiqatında iştirak ediblər

Bakı Qızlar Universitetinin coğrafiyaçıları Şirvan Milli Parkında çöl tədqiqatında iştirak ediblər

19 may 2026-cı il tarixində Bakı Qızlar Universitetinin “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri və Gənc Təbiətşünaslar Klubunun üzvləri Şirvan Milli Parkında təşkil olunan çöl tədqiqatında iştirak ediblər.

Tədqiqat zamanı iştirakçılar parkın zəngin flora və fauna müxtəlifliyi ilə yaxından tanış olub, ərazinin təbii-coğrafi xüsusiyyətləri barədə ətraflı məlumat əldə ediblər. Bildirilib ki, Şirvan Milli Parkı ceyranların mühafizəsi və sayının artırılması məqsədilə yaradılmış mühüm təbiət ərazilərindən biridir. Park yarımsəhra və səhra landşaftı ilə seçilir, burada ceyranlarla yanaşı Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş bir sıra nadir heyvan növləri də qorunur.

Çöl tədqiqatı çərçivəsində tələbə və müəllim heyəti Milli Parkın ekoturizm mərkəzini də ziyarət edib. Burada onlara parkın fəaliyyəti, biomüxtəlifliyi və ekoloji mühafizə tədbirləri haqqında əlavə məlumat təqdim olunub.

Təşkil olunan çöl tədqiqatı iştirakçıların nəzəri biliklərinin praktik müşahidələrlə möhkəmləndirilməsi baxımından faydalı olmaqla yanaşı, onların ətraf mühitin qorunmasına dair maariflənməsinə də mühüm töhfə verib.

 

Digər xəbərlər

Bütün xəbərlər