21-10-2024
17 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və baş müəllim Səyalə İmanova Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lənkəran Regional Elmi Mərkəzi, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, ADPU Şamaxı Filialı və Azərbaycan Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Türkiyə-Rusiya Əlaqələri Simpoziumu”da iştirak ediblər.
BQU “Tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru S.Talıblı “Çar Rusiyanın planına əsasən ermənilərin Osmanlı və Qacarlar imperiyasından Cənubi Qafqaza köçürülməsi (Resettlement of Armenians from the Ottoman and Qajar Empires to the South Caucasus based on the Tsarist Russia’s Plan)” və baş müəllim S.İmanova “Səfəvi-Rusiya əlaqələrinin qurulması və inkişafı” mövzusunda məruzə ediblər.
Konfransda Azərbaycan alim və tədqiqatçıları ilə yanaşı,Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna, Gürcüstan, Macarıstan nümayəndələri də çıxış ediblər.