24-12-2024
Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulamaq və bu mövzuda tələbələrin məlumatlılığını artırmaq idi.
Seminarı giriş sözüiə açan tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova uşaqların hüquqlarının qorunmasının əhəmiyyətindən söz açaraq, mövzunun aktuallığını vurğuladı. Sonra “Pedaqogika” kafedrasının müəllimi Səidə Əliyevaya söz verildi. O, uşaqların çətin həyat şəraitinə düşməsinin əsas səbəblərindən birinin problemlərin düzgün təhlil edilməməsi olduğunu qeyd etdi:
“Bu problemləri hədəfə almaq üçün səmərəli işlər görülmədikdə risk altında olan uşaqların təcrid olunması daha da dərinləşir. Buna görə də uşaqların həm təhsil, həm tibbi, həm sosial hüquqlarının qorunması daim nəzarət altında olmalı və hər bir fərd bu məsələlərdə maraqlı olmalıdır. Çünki uşaqlar bizim deyil, cəmiyyətin , dövlətindir. Onlar bizim gələcəyimizdir” – deyərək Səidə Əliyeva mövzu barədə ətraflı çıxış etmişdir. Seminarda tələbələrin də eyni mövzuda fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.
24-12-2024
24-12-2024
21-12-2024
21-12-2024