24-10-2023
Bakı Qızlar Universiteti ötən illərdə olduğu kimi, bu il də “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə təhsil alan I kurs tələbələri ilə görüş keçirdi.
Görüşün əsas məqsədi tələbələrin fikir və təkliflərini dinləmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək və təlim-tərbiyə işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.
Görüşdə Universitetin rektoru prof.S.A.Rəhimova, tədris işləri üzrə prorektor prof.H.Q.Abdullayeva və “Sosial-pedaqoji” fakültənin dekanı dos.İ.F.Quliyeva çıxış etdilər.
Çıxış zamanı universitetin rektoru, prof.S.A.Rəhimova tələbələrə universitetdə aparılan işlər barədə geniş məlumat verərək bildirdi ki, ənənəvi olaraq keçirilən belə görüşlərin məqsədi gələcək hədəf və nəticələr barədə zəruri müzakirələr aparmaq, tədrislə bağlı tələbələrin qarşılaşdığı çətinliklərlə yanaşı, onların təkliflərini öyrənməkdir.
Daha sonra tədris işləri üzrə prorektor, prof.H.Q.Abdullayeva və “Sosial-pedaqoji” fakültənin dekanı dos.İ.F.Quliyeva çıxış edərək, tələbələrə kredit sisteminin mahiyyəti, tədrisin təşkili barədə ətraflı məlumat verdilər.
Sonda müxtəlif mövzular üzrə tələbələri maraqlandıran suallar əhatəli şəkildə cavablandırıldı və onların təklif və ideyaları dinlənildi.