19-11-2025
19 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetinin akt zalında “Film saatı” layihəsinin ilk nümayişi keçirildi. Tədbir çərçivəsində rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılan və “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Arxadan vurulan zərbə” filmi təqdim olundu.
Layihənin əsas məqsədi Azərbaycan kinematoqrafiyasının klassik nümunələri vasitəsilə tələbələrə milli-mənəvi dəyərlərin aşılanması, kino mədəniyyətinin təbliği və gənclərin maarifləndirilməsidir.
Bundan sonra Bakı Qızlar Universitetində mütəmadi olaraq müxtəlif yerli filmlərin nümayişi təşkil ediləcək.
19-11-2025
19-11-2025
19-11-2025
19-11-2025