Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-01-2026

Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova imtahan prosesini izləyib

Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova imtahan prosesini izləyib

Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova “Sosial pedaqoji” və “Filologiya-tarix” fakültələrində davam edən imtahan prosesini yaxından izləyib. Rektor imtahan otaqlarına yaxınlaşaraq, imtahanların gedişi ilə maraqlanıb, tələbələrlə ünsiyyət qurub və imtahan zamanı hər hansı çətinliyin olub-olmaması ilə maraqlanıb.
   Qeyd edək ki, Filologiya-tarix və Sosial pedaqogiya fakültələrində  bəzi fənlər üzrə şifahi imtahanlara start verilib. Belə ki, bu gün “İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası”, “İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası”, həmçinin “İnformatikanın tədrisi metodikası” fənləri üzrə imtahanlar şifahi formada keçirilib.
   Professor Sevinc Rəhimova imtahan prosesinin şəffaf və mövcud qaydalara uyğun şəkildə təşkil olunduğunu vurğulayıb, sonda tələbələrə imtahanlarda uğurlar arzulayıb.

Digər xəbərlər

Bütün xəbərlər