24-11-2025
21 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universiteti və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Suveren gələcəkdə qadının rolu” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin və BQU himninin səsləndirilməsi ilə açıq elan olundu. Ardınca universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova giriş nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Rektor çıxışında qeyd etdi ki, suverenliyimizin və gələcəyimizin qorunmasında Azərbaycan qadınının təhsilli, fəal və azad mövqeyi həlledici rol oynayır.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Məhkəməsi sədrinin köməkçisi Gülnar Hüseynova və Nəsimi Rayon Polis İdarəsinin polis mayoru Yeganə Zeynalova çıxışlarında suveren dövlətdə qadının rolu haqqında fikirlərini bölüşdülər.
“Sosial-Pedaqoji” fakültənin dekanı dosent İlahə Quliyeva isə qadınların cəmiyyətdə mövqeyi və sosial məsuliyyəti barədə məruzə ilə çıxış etdı.
Daha sonra mövzuya dair xüsusi hazırlanmış videoçarx nümayiş etdirildi, tələbələrin mövzu üzrə məqalə formatında çıxışları dinlənildi.
Tədbirin bədii hissəsində “Səma” rəqs qrupu “Xarıbülbül” rəqsini təqdim edib, ardınca Bədii Qiraət Klubunun üzvləri “Ana” şeirini səsləndiriblər.
Tədbir “Günəş” musiqi klubunun üzvlərinin ifasında “Azərbaycan” xoru ilə yekunlaşdı.
24-11-2025
19-11-2025
19-11-2025
19-11-2025