24-05-2024
21 may 2024-cü il tarixində Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının baş müəllimi Səyalə İmanovanın “Respublika günü-106” (AXC) mövzusu ilə bağlı “Tarix müəllimliyi” ixtisasının T2-21 qrup tələbələri ilə təşkil olunan seminarı baş tutdu.
Çıxışında S.İmanova 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik gününün elan edilməsi, daxili siyasətdə həyata keçirdikləri quruculuq işləri ilə yanaşı, xarici siyasətdə də Paris sülh konfransına qatılan Azərbaycan nümayəndə heyətinin apardığı uğurlu görüşlər, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən islahat və tədbirlər haqqında ətraflı məlumat verdi.
Seminar tələbələrin çıxışları, qarşılıqlı fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşdı.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024