29-12-2025
29 dekabr tarixində Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova inzibati-idarəetmə heyətinin əməkdaşları ilə iclas keçirdi.
İclasda payız imtahan sessiyasının obyektiv, şəffaf və mövcud qaydalara uyğun şəkildə təşkili ilə bağlı ciddi tapşırıq və göstərişlər verildi. Sessiya dövründə hər bir məsul şəxsin üzərinə düşən vəzifələri dəqiq və vaxtında yerinə yetirməsinin vacibliyi vurğulandı.
Eyni zamanda, imtahan prosesi zamanı yarana biləcək mənfi halların qarşısının alınması məqsədilə görüləcək tədbirlər müzakirə edildi. Rektor imtahanların şəffaf keçirilməsinin universitetin əsas prinsiplərindən biri olduğunu xüsusi qeyd etdi.
29-12-2025
29-12-2025
24-12-2025
22-12-2025