Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

27-04-2026

Bakı Qızlar Universitetində “Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

Bakı Qızlar Universitetində “Süni intellekt savadlılığı” mövzusunda təlim keçirilib

24 aprel 2026-cı il tarixində Bakı Qızlar Universitetində Rəqəmsal Bacarıqlılar və Riyaziyyatçılar Klubu tərəfindən, Tələbə Elmi Cəmiyyətinin dəstəyi ilə “Süni intellekt savadlılığı” mövzusunda təlim təşkil olunub.

Təlim data analitikası, korporativ və layihə idarəedilməsi sahəsində ixtisaslaşmış mütəxəssis Aydan Mehdiyeva tərəfindən təqdim edilib.

Tədbir çərçivəsində iştirakçılara süni intellektin müasir dövrdə rolu, tətbiq sahələri, gündəlik həyatda istifadəsi və bu sahədə savadlılığın artırılmasının əhəmiyyəti barədə geniş məlumat verilib. Təlim interaktiv formada keçirilib və iştirakçıların fəal iştirakı təmin olunub.

Tədbirdə universitetin təlim və tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova iştirak edərək bu kimi maarifləndirici təşəbbüslərin tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Bakı Qızlar Universitetində tələbələrin rəqəmsal savadlılığının artırılması istiqamətində bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Bütün xəbərlər