15-04-2025
Bakı Qızlar Universitetinin “Filologiya–Tarix” fakültəsinin tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir. Təcrübəçi tələbələr müasir təlim texnologiyalarından səmərəli istifadə bacarığı, kurikulumun tələblərinə uyğun dərs qurmaq qabiliyyəti ilə seçilərək müəllim və şagird kontingenti tərəfindən rəğbətlə qarşılanıblar.
Pedaqoji təcrübə çərçivəsində tələbələr ümumtəhsil müəssisələrində bir sıra tədbirlər həyata keçiriblər. Onlar arasında Xocalı soyqırımına həsr olunmuş “Xocalı – qan yaddaşımız”, Novruz bayramı münasibətilə təşkil olunan “Elimizə bahar gəlir”, “31 Mart soyqırımı” və digər tədbirləri aid etmək olar.
Tələbələrin sınaq dərslərində “Tarix” kafedrasının müdiri dosent Əzizağa Ələkbərli, fakültənin dekan müavini Səyalə İmanova, metodistlər İkram Ağasiyev, Kənan Əsgərli, Sübhan Talıblı, Vidadi Umudlu, Elçin Qarayev, Xatirə Bəylərzadə, Mina Əliyeva və digər əməkdaşlar iştirak ediblər. Görüşlər zamanı “Tarix müəllimliyi” ixtisasının gələcək perspektivləri və ixtisas fənlərinin tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.
Metodistlər məktəblərdə təcrübə keçən tələbələrə dərsləri müasir metodlarla aparmaq, müəllim etikasına uyğun davranmaq və özlərini nümunəvi pedaqoq kimi təqdim etmək barədə tövsiyələrini veriblər.
18-04-2025
18-04-2025
15-04-2025
14-04-2025