29-06-2024
Bakı Qızlar Universitetində 2023/2024-cü il tədris ilində “Sosial-pedaqoji” fakültə üzrə İxtisaslaşdırılmış Şuranın 28 iyun və 29 iyun tarixlərində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisaslaşmasının magistr dissertasiyalarının müdaifəsi başlanmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 29.05.2024-cü il tarixli 3-29.3-2-324F/2024 nömrəli əmri və BQU Elmi Şurasının 14 fevral 2024-cü il tarixli iclasının qərarına əsasən “İbtidai sinif müəllimliyi” ixtisası üzrə İxtisaslaşdırılmış Şuranın sədri Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi pedaqogika üzrə elmlər doktoru, prof. A.N.Abbasov təyin edilmişdir.
Magistrlik dissertasiyalarının müdaifəsi üzrə ixtisaslaşdırılmış şura öz işini 01 iyul 2024-cü il tarixində yekunlaşdıracaqdır.
Qeyd edək ki, 2023/2024-cü il tədris ilində “Sosial-pedaqoji” fakültə üzrə İxtisaslaşlaşdırılmış Şuranın “Pedaqogika” ixtisası üzrə “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşmasının magistr dissertasiyalarının müdaifəsi 24 və 25 iyun tarixlərində keçirilmişdir.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024